“Vital Chemistry” MMC Türkiyə və Azərbaycan tərəfindən ortaq yaradılmış, ölkəmizin biznes sferasında öz individuallığı ilə fərqlənən şirkətlərdən biridir. Şirkətimiz 17.11.2021 ci ildə rəsmi şəkildə qurulub və uğurla dinamik sürətdə inkişaf edir. Kimya Sənayesində fəaliyyət göstərən şirkətimiz kimyəvi məişət məhsulları (maye sabun, təmizlik vasitələri və s. ), avtomobil kimyasalları (AUS 32, antifiriz, təkər qaraldan və s.), kosmetika və şəxsi qulluq məhsulları (qliserin, vazelin, bişməcə krem və s.), farmokoloji məhsullar, hovuz məhsulları, Maye gübrə, hespesitlər, pepsisitlər, fungositlər və s. istehsalını həyata keçirir. Əsas hədəfimiz istehlakçıların istəklərini, tələblərini, milli və mənəvi dəyərlərimizi nəzərə alaraq bazara xüsusi məhsul qruplarını təklif etməkdir. Bununla yanaşı yerli və xarici təcrübələri toplayaraq bunları ölkə daxilinə uyğunlaşdırmaqdır.
“Vital Chemistry” MMC Keyfiyyətin təmin olunması, Ətraf Mühitin və Ekologiyanın qorunması, Əməyin mühafizəsi və Texniki təhlükəsizlik İdarəetmə Sisteminin və Beynəlxalq standartların tələblərinə uyğun fəaliyyət göstərir.
Bildirmək istəyirik ki, istehlakçılar bizim əsas dəyərimizdir. Məhsullarımızı istehsal edən zaman xüsusi formullardan istifadə edərək, keyfiyyətli və ekoloji xammaddələri seçərək hazırlayırıq. Şirkətimiz istehlakçıları keyfiyyətli məhsullarla təmin etmək üçün ölkə daxili standartların bütün norma və qaydasını tam şəkildə tətbiq edir. Habelə beynəlxalq standartlara uyğun məhsul istehsal edərək müvafiq sertifikatlara sahib olmuşdur. Şirkətimiz geniş laboratoriya invertarına malik olmaqla yanaşı bu sahədə fəaliyyət göstərən şirkətlərin siyahısında ən yaxşılardan biridir. İstehsal məhsullarımız daxili bazarla yanaşı həm də xarici bazarlara ixrac edilməkdədir. Bu da onun göstəricisidir ki, fəaliyyət startegiyamızın mərkəzində olan istehlakçıların etibarını doğrultmuşuq. Bizimlə əməkdaşlıq edən hər bir kəsə təşəkkür edirik.
Gəlin sizin kimyanızı bir yerdə öyrənək !
SERTİFİKATLARIMIZ:
İCAZƏLƏR: